Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər

Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər

14 พฤษภาคม 2024

İri əşyaların sürətlə daşınmasını və onların yüklənməsinə köməyi indi bir neçə toxunuşla yeni kompleks tarifi ilə sifariş etmək olar.

Əvvəllər yük maşınları və yükdaşıyan xidmətlərini ayrı-ayrı tariflə sifariş etmək və ya əşyaların yüklənməsinə kömək üçün yük avtomobilinin sürücüsü ilə danışıqlar aparmaq lazım idi. Lakin sürücü imtina edə, “Yükləyici” tarifi ilə isə sərbəst işçi tapılmaya bilərdi. Bu, sifariş prosesini mürəkkəbləşdirir və istifadəçinin vaxtını aparırdı.

İndi narahatlığı minimuma endirmək üçün tarifləri birləşdiriblər. Sürücü müstəqil şəkildə yükdaşıyan xidməti göstərir və ya köməkçi axtarır. Kompleks tarifi üzrə sifarişlər daha bahadır və elə bu səbəbdən də sürücülər üçün daha cəlbedicidir. Maşın bunun sayəsində daha tez gəlir. Kompleks tarif eyni vaxtda iki tarifi əvəzləməklə və iri yükün daşınması üçün hazır həll yolu təklif etməklə sərnişinlərə köçün təşkili prosesini sadələşdirir.

Yeni tarif üzrə ilk sifariş Mərdəkan qəsəbəsində, Baba Əliyev küçəsində verilib. Orada yük maşınına dolab, etajer, 13 qutu və 3 güzgü daşınıb. Əşyaları 28 May küçəsində boşaldıblar. Müştəriyə bütün xidmətlər 61 manata başa gəlib.

  • Kompleks tarifin meydana gəlməsi məntiqli idi, çünki iri əşyaların daşınması zamanı onların kuzova yüklənməsi və mənzil başına çatanda boşaldılması üçün kömək lazımdır. Bizim vəzifəmiz xidmət müştərilərinin niyyətdən icrayadək olan yolunu sadələşdirməkdir. Əgər bakılılar, məsələn, bağ evinə köçmək və ya əşyaları daşımaq qərarına gələrlərsə, bir neçə toxunuşla daşınmanı təşkil edə bilərlər, – “Maxim”in Bakıdakı bölməsinin rəhbəri Amin Alıyev deyib.