Bizim missiyamız — sərnişinlərlə sürücülər arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq, insanlara öz hədəflərinə doğru irəliləməkdə yardımçı olmaqdır.

2003-cü ildən başlayaraq xidmətləri daha müasir, əlçatan və təhlükəsiz edən taksi sifarişi, yükdaşımalar, alış-veriş, çatdırılma üzrə innovasiya texnologiyalarını yaradırıq.

Həm iri həm kiçik şəhərlərin xüsusiyyətlərini nəzərə alaraq, vahid baza əsasında müxtəlif istifadəçilərə effektiv şəkildə qarşılıqlı əlaqə qurmaq imkanını yaradırıq. Xidmətlər rahat üsulla sifariş olunur. Sifarişlərin yerinə yetirilməsi - onların axtarış proseslərini optimallaşdırmaqla, boş gedişlərin sayını və boş durmanın vaxtını azaltmaqla həyata keçirilir.

Şirkətin işinin fasiləsiz təkmilləşdirilməsi təsisçiləri əmək bölgüsünə gətirib çıxardı. Hər kəs öz işini görməlidir: bəziləri müasir əlaqə mərkəzlərini tikməli və operatorları öyrətməli, digərləri proqram məhsullarını hazırlamalı və texniki dəstək göstərməli, üçüncülər sərnişinləri və daşıyıcıları cəlb etməli, dördüncülər isə daşımalarla məşğul olmalıdır.

Hal-hazırda xidmətlərin göstərilməsi üçün müxtəlif bilik sahələrindən olan mütəxəssislər komandaları birgə işləyir.

2022-ci ilin yanvarına olan tarixdə xidmətin iş coğrafiyasında dünyanın 1000-dən çox şəhəri var.

Hər bir şəhərdə biz rəqabəti gücləndiririk, iqtisadiyyat və cəmiyyət naminə işləyirik.

Biz istifadəçilərin qarışılıqlı əlaqəsi üçün nəzərdə tutulmuş sahə rəqəmsal platformanı o, bütün dünyada trendə çevrildikdən bir neçə ilə əvvəl yaratdıq. Xidmətə qoşulmuş sürücüləri hələ 2007-ci ildə rasiyalardan sifarişlərlə işləmək üçün mobil tətbiqə keçirdik. Biznesin idarə edilməsi sahəsində innovativ yanaşmamız və istifadəçilərin dəyişən tələblərinə uyğun olmaq arzusu ilə müasir nəqliyyat bazarının transformasiyası və formalaşmasında fəal şəkildə iştirak edirik.

Biz fəxr edirik ki, cəhdlərimiz və təcrübəmiz sayəsində xidmətin fəaliyyətini təmin edən və biznesi çevik idarə etmək üçün detallı analitika təqdim edən güclü proqram-aparat kompleksi hazırlanmışdır.

Biz qlobal brend olmağa çalışırıq ki, müştərilərimiz müxtəlif şəhər və ölkələrə səyahət edərkən hər yerdə "Maxim" taksi sifarişinin xidmətlərindən istifadə edə bilsinlər.

Bizə dünya bazarının liderləri ilə eyni səviyyədə texnologiyalar və biznes yaratmaq xoşdur.

Getmək vaxtıdır!