“Maxim” taksi xidmətlərinin Portmanat mobil əlavə vasitəsi ilə ödənilməsi imkanını əlavə etdi

“Maxim” taksi xidmətlərinin Portmanat mobil əlavə vasitəsi ilə ödənilməsi imkanını əlavə etdi

8 май 2019 г.
#taximaxim

Taksi sifarişi xidmətinin mobil ödəniş sistemi ilə əməkdaşlığı səfərlərin nağdsız ödənilməsi üçün müştəri hesabının artırılması imkanlarını genişləndirdi.

Sərnişinlərin əksəriyyəti taksidə ödənişi nağd pulla edir, çünki səfərin qiyməti o qədər də yüksək olmur. Lakin, hərdən elə vəziyyətlər olur ki, nağdsız ödəniş etmək daha rahatdır. Məsələn, təşkilatın əməkdaşları və ya ümumi hesabdan ailə üzvləri üçün. “Maxim” xidmətində müştəri hesabının ödəniş terminalları şəbəkəsi vasitəsi ilə artırılması imkanı çoxdan mümkündür. İndi isə sərnişinlər bunu onlayn edə biləcəklər.

Xidmətdə hesabı onun nömrəsi üzrə mobil əlavə və ya Portmanat elektron pul kisəsi saytın vasitəsi ilə artırmaq olar. Ona taksi xidmətlərinin ödənişi bölməsi əlavə edilib. Taksi “Maxim” mobil əlavəsində nağdsız ödənişlə sifariş edildikdə, ödəniş üsulunda “nağd ödəniş”i “hesabdan ödəniş”ə dəyişmək lazımdır. Sərinişin istənilən vaxt səfərin ödəniş üsulunu mobil əlavədə istədiyi kimi dəyişə bilər.

Sürücülər də həmçinin öz hesab balanslarını Portmanat vasitəsi ilə tez bir zamanda artıra bilərlər.

— Taksi xidməti istifadə olunmanın istənilən bir mərhələsində rahat olmalıdır: ilk əlaqə saxlamadan başlayaraq səfərin ödənilməsinə qədər. Məhz buna görə biz onlayn-ödənişlər operatoru ilə əməkdaşlıq etməyə başladıq. İndi Bakıda, Gəncədə, Mingəçevirdə və Sumqayıtda sürücülər ödənşləri tez və sadə yolla həyata keçirə biləcəklər, — “Maxim” taksi sifarişi xidmətinin Azərbaycanda rəhbəri Rafail Axundov bildirir.