“Maxim” aviareyslər və digər beynəlxalq nəqliyyat ləngidikdə ödənişli gözləməni ləğv edib

“Maxim” aviareyslər və digər beynəlxalq nəqliyyat ləngidikdə ödənişli gözləməni ləğv edib

August 14, 2019

Şərtlər hava limanına və ya vağzala müəyyən vaxta avtomobil sifariş vermiş və öz reysinin nömrəsini qeyd etmiş istifadəçilər üçün keçərlidir.

Hava limanları və vağzallar mənzil başına taksi ilə çatmaq üçün ən populyar yerlərdən biridir. Onların ilkin və ya son ünvan olaraq görüş yerləri üçün sifarişlərin payı 5%-ə qədər təşkil edir. Bu cür gedişlərin özəlliyi reysin cədvəlində dəyişikliklərlə bağlı uzun müddətli gözləmələrdir. Öncədən dəqiq vaxta sifariş vermiş sərnişinlər bu səbəbdən gedişin dəyərindən artıq pul ödəməli olurdular. Sərnişini gözləyə bilməyən sürücülərsə gedişi ləğv etdikləri üçün reytinq balı itirirdilər.

İndi sərnişinlər özlərindən asılı olmayan gözləmələr ucbatından artıq pul ödəməyəcəklər. Sürücülər onlayn-tabloda və ya sorğu xidmətində reysin nə vaxt gələcəyini öyrənə biləcəklər. Üstəlik reytinqi aşağı düşmədən sərnişini gözləmək və ya sifarişi ləğv etmək kimi bir seçimi olacaq. Sifarişin ləğvi baş verdikdə sərnişin avtomobilsiz qalmayacaq, sifarişi başqa sürücü götürə bilər.

Sərnişin reysin nömrəsini “Maxim” taksi sifarişinin əlavəsində və ya saytda qeyd edə bilər. Əgər ilkin ünvan hava limanı, dəmir yol vağzalı, avtobus və ya dəniz vağzalıdırsa, “Sifarişə arzular” da uyğun sətir meydana gələcək. Telefon nömrəsi ilə sifarişdə bu şərti operatora söyləmək lazımdır.

Əgər reys cədvələ uyğun gəlibsə və sərnişin çıxdığını təsdiqləyirsə, gözləmə adi tariflə hesablanacaq: 5 dəqiqə pulsuzdur, sonra hər dəqiqəyə görə gediş haqqında artım olacaq. Reys ləngiyərsə, gözləmə hesabı sərnişin gəlib çatıdığını bildirdikdən sonra başlayacaq.