8 Mart Azərbaycanda: taksiyə tələbat necə dəyişirdi

8 Mart Azərbaycanda: taksiyə tələbat necə dəyişirdi

12 մարտի, 2019 թ.
#taximaxim

“Maxim” xidmətinin mütəxəssisləri martın 6-dan 9-dək olan dövr ərzində avtomobillərin nə dərəcədə çox sifariş olunduğunu izlədilər. Tələbatın pik göstəriciləri adi vaxtda olduqlarından təxminən 40% daha çox idi.

Xidmətin məlumatlarına əsasən, Azərbaycanda sifarişlərin sayının artması hələ martın 6-sı başladı. Pik nöqtə səfərlərin sayının fevral ayının axırı və martın əvvəli ilə müqaisədə 40% artımı müşahidə olunan martın 7-nə düşdü. Martın 8-i tələbat azaldı, lakin adi günlə müqaisədə yenədə 13% artıq idi. Martın 9-u tələbət təxminən eyni səviyyədə qalırdı.

Ayın 7-dən etibarən bayram etməyə başlayaraq, Azərbaycan sakinləri evə gecə qayıdırdılar və ya digər yerlərdə bayram etməyi gecəyədək davam edirdilər. Gecə saat 12-dən səhər saat 5-dək səfərlərin sayı adi günlərdə bu vaxtı olan səfərlərin sayı ilə müqaisədə təxminən 20% çox idi. Ən dözümlülər səhər 6-dək dözərək tələbatı 13% artırırdılar. Martın 8-i hər şey təkrarlandı: gündüz saat 14-dən etibarən səfərlərin sayı günün sonunadək artmağa başladı. Statistika aşağıdakı şəhərlər üzrə verilir: Bakı, Gəncə, Mingəçevir və Sumqayıt.

Statistika məlumatları Beynəlxalq qadınlar gününün ən populyar bayramlardan biri olması ilə şərtlənir. Bu bayrama hazırlıq görürlər, həm də ki, o, istirahət günü olduğundan, kollektivlərdə onu əvvəlcədən qeyd edirlər.

Hədiyyələri, ərzaqları almaq, bəzənmək və gözəl qalmaq, hamını təbrik etmək üçün insanlar taksi xidmətlərindən daha tez istifadə etməyə başlayırlar. Taksiyə olan tələbatı həm də avtomobil sahibləri, bayramda taksinin xeyrinə öz avtomobillərindən imtina etməklə, yaradırlar.