Uşağa taksini sifariş etmək üçün 3 məsləhət

Uşağa taksini sifariş etmək üçün 3 məsləhət

1 Juni 2018

Uşaqları tək başına taksidə göndərmək təhlükəsizdirmi? Səfəri uşağın əvəzinə necə ödəmək olar? Uşaqların Müdafiəsi günü ərəfəsində “Maxim” xidməti valideynlər üçün yaddaş kitabçasını hazırlayıb.

Hərdən olur ki, valideynlərin öz uşaqlarını dərslərdən sonra qarşılamaq və ya harasa aparmaq imkanı olmur, və onlar taksi sifariş etməyə məcbur olur. Xidmətin sadə məsləhətləri səfəri rahat və təhlükəsiz etməyə kömək edəcəklər.

1. Uşaq üçün taksini özünüz sifariş edin

Avtomobili sifariş edərkən uşaq bilməyərəkdən səfərin ünvanlarını çaşdıra bilər. Bunun baş verməməyi üçün daha yaxşı olar ki, valideynlər sifarişi özləri yaratsın. “Maxim” mobil əlavəsində sifariş barədə bildirişlərin birbaşa uşağın telefonuna gəlməsi üçün onun nömrəsini göstərmək olar. Bunun üçün sifarişə arzularda lazım olan telefon nömrəsini xüsusi sətirdə daxil etmək lazımdır. Bu funksiyanın sayəsində valideynlərə hansı avtomobilin gələcəyini, nə vaxt çıxmağı deməyə artıq lazım olmayacaq: uşaq hər şeyi öz telefonundakı SMS-də görəcək.

2. Nağdsız ödənişi seçin

Xidmətin hər bir istifadəçisinin, uşağı tək başına yola salmaq lazım olanda köməyə gələn, səfərlərin nağdsız ödənilməsi üçün şəxsi hesabı var. Balaca sərnişinə nağd pulla ödəniş etməyə lazım olmayacaq: səfərin qiyməti avtomatik olaraq hesabdan silinəcək.

Bu imkandan yararlanmaq üçün taksi sifariş edərkən mobil əlavədə ödəniş üsulu işarəsinə basmaq və hesabı seçmək lazımdır. Operator vasitəsi ilə sifariş olunduğu halda ödənişin hesabdan olacağı barədə demək lazımdır. Saytda sifariş formasında şərti seçmək lazım olacaq. Hesabı terminallar vasitəsi ilə artırmaq olar.

3. Uşağı səfərin marşrutunu göndərməyə xahiş edin

“Maxim” mobil əlavəsi ilə valideynlər uşaqlarının səfər etdiyi taksinin gedişini real vaxt rejimində xəritədə izləmək imkanına malikdilər. Əgər uşaq sifarişi özü yaradıbsa, o, öz mobil əlavəsindəki səfərin treki ilə paylaşmalıdır. Valideynlər marşrutun xəritəsinə keçmək üçün link alacaqlar. Sifarişi valideyn yaradıbsa, heç bir əlavə hərəkətlərə ehtiyac yoxdur. Taksinin getdiyi yol mobil əlavədə görünəcək.

“Maxim” xidmətinin asanlığı və rahatçılığı onun xidmətlərindən hətta balaca sərnişinlərə belə yararlanmağa imkan verir. Müasir texnologiyalar və marşrut boyu səfər barədə məlumatlandırma isə valideynlərə səfərin yaxşı keçdiyinə əmin olmağa kömək edir. Lakin səfərin təhlükəsizliyi təkcə xidmətdən asılı deyil. Valideynlər özləri uşağı öyrətməlidirlər ki, avtomobildə gedərkən qoruyucu kəməri həmişə bağlamaq lazımdır. Uşaqların müdafiəsi günündə isə bunu unutmamaq xüsusilə vacibdir.