«Maxim» distant alış-veriş və çatdırılma üçün tariflər əlavə etdi

«Maxim» distant alış-veriş və çatdırılma üçün tariflər əlavə etdi

2020 ж. 9 сәуір

İndi xidmətin istifadəçiləri kuryer çatdırılmasını sifariş edə, və həmçinin sürücüləri lazımı əşyaları alıb gətirməyə xahiş edə biləcəklər. Koronavirus pandemiyası şəraitində tariflərin xüsusilə aktual olacağı gözlənilir.

Kuryer” və “Alıb gətirəcəyik” tarifləri xidmətin Azərbaycanda fəaliyyət göstərdiyi 5 şəhərin hamısında istifadə oluna bilər: Bakıda, Qəbələdə, Gəncədə, Mingəçevirdə, Sumqayıtda. “Kuryer” “Ekonom” tarifinə uyğundur və yaşadığınız binayadək çatdırılmanı nəzərdə tutur. Əlavə 1 manat ödəməklə sifarişə arzularda qapıdan qapıya çatdırılmanı xahiş etmək olar. Şərhlərdə istifadəçilər əlavə məlumatı qeyd edir, məsələn, konkret olaraq nəyi çatdırmaq lazım olduğunu.

“Alıb gətirəcəyik” “Ekonom”dan 1 manat bahadır – bu, əlavə mağazadan alınma xidmətinə görə əlavə ödənişdir. Şərhdə malların siyahısını yazmaq və bank köçürməsi vasitəsi ilə onların ödənilməsi üçün sürücüyə pul köçürmək lazımdır. Alış-veriş etdikdən sonra sürücü qəbzi təqdim edəcək.

– İndi insanlar sürücülərlə bağlamaları, şəxsi əşyalarını göndərir, kafedən yeməyi götürməyi xahiş edir. Ən çox alınan – ərzaq məhsulları, reseptsiz verilən aptek malları, hər hansı ilkin zərurət əşyalarıdır. Gələcəkdə, epidemioloji vəziyyət stabilləşəndə, tariflər saxlanılacaq. Biz gözləyirik ki, onlara karantindən asılı olmayaraq tələbat olacaq, – “Maxim” xidmətinin Azərbaycandakı rəhbəri Rəfail Axundov bildirir.

Yeni tariflər üzrə sifarişləri təkcə özünüz üçün deyil, digər insanlar üçün də rəsmiləşdirmək olar. Bunun üçün sifarişə arzularda həmin şəxsin telefon nömrəsini qeyd etmək lazımdır ki, o, sürücü ilə əlaqə saxlaya və bildirişləri ala bilsin. Opsiya, məsələn, qohumlarınıza qayğı göstərmək istəyəndə onlara lazımi əşyaları aparmaq lazım olanda və ya dostlarınıza sürpriz etmək istəyəndə faydalı olacaq.

Qeyd edək ki, pandemiya şəraitində sürücülər ÜST tərəfindən tövsiyə olunan profilaktika tədbirlərinə riayət edirlər.