“Maxim” xidmətinin əlavəsini 2 milyondan çox iOS istifadəçisi yükləyib

“Maxim” xidmətinin əlavəsini 2 milyondan çox iOS istifadəçisi yükləyib

27 февраля 2018 г.

“Maxim: taksi sifarişi” iPhone və iPad üçün ən yaxşı avtomobil sifarişi xidmətlərindən biri hesab olunur. Əlavə App Store-da 4,3 istifadəçi qiymətləndirilməsi ilə bu kateqoriyanın liderləri siyahısına daxildir.

iPhone sahibləri əlavədən fəal şəkildə istifadə edirlr. Bir ay ərzində istifadəçilərin 65%-dən çoxu onun köməyi ilə heç olmasa bircə dəfə avtomobil sifariş edib. iOS əlavəsinə say etibarı ilə 45%-dən çox sifariş daxil olur.

Qeyd etmək lazımdır ki, 2 milyon iOS-a yüklənən əlavələrin təkcə ehtimal olunan sayıdır. Bir çox istifadəçi analitik məlumatlar göndərməkdən imtina edir və onlar bu səbəbdən statistikada nəzərə alınmırlar. Yüklənən əlavələrin faktik sayı 2-3 dəfə çoxdur və o bu yaxınlarda 6 milyon yükləmə mübadiləsi edən Android versiyasının məlumatlarına bərabərdir. Windows Phone əməliyyat sistemindən daha az istifadə olunduğundan, onun vasitəsi ilə yüklənən əlavələrin sayı nisbətən azdır.

“Maxim” taksi sifarişinin sadə və rahat olmasına çalışır, bu səbəbdən əlavəsini daima təkmilləşdirir. Məlum əlavənin günü-gündən məşhurlaşması və istifadəçilərin qiymətləndirməsi onu işləyib-hazırlayanların qazandığı uğurun göstəricilərindən biridir.