“Maxim” indi dünyanın 1000 şəhərində fəaliyyət göstərir!

“Maxim” indi dünyanın 1000 şəhərində fəaliyyət göstərir!

18 января 2022 г.

Şirkətin fəaliyyət xəritəsinin üzərində mininci yaşayış məntəqəsi Hindistanın milyonçu şəhəri Kanpur oldu. “Maxim” taksi sifarişi xidməti vasitəsilə ilk sifariş Hindistanın şimalında yerləşən Uttar-Pradeş ən iri şəhərində yanvarın 12-də yerinə yetirilmişdir. Bu, motosikl ilə hosteldən dəmiryolu vağzalınadək səfər idi. Qiyməti 43 rupi, qət edilən məsafə isə - 8,5 kilometr təşkil etdi.

Bundan sonra avtomobil və rikşa ilə səfərlər, distant alış-veriş və hazır yeməyin, məhsulların və digər malların çatdırılması üzrə sifarişlər yerinə yetirilmişdir.
Mininci yaşayış məntəqəsi adı uğrunda daha iki şəhər yarışırdı: françayzinq modelinin işə salınmasına hazırlaşan İndoneziyanın Qianyar və Rusiyanın Ostroqojsk şəhəri. Öz bölməsinin yaradıldığı Kanpur onları çox cuzi şəkildə qabaqladı. Ənənəyə görə şəhərin “dünyaya gəlməsi” ilk real sifarişin yerinə yetirildiyi an hesab olunur.