GeriMəxfilik siyasəti
GeriMəxfilik siyasəti

Taxsee Driver mobil tətbiqinin istifadəsi zamanı məxfilik siyasəti


Bu siyasət Internet şəbəkəsi vasitəsi ilə avtomatlaşdırma vasitələri istifadə olunmaqla "Taxsee Driver" mobil tətbiqinin istifadəçilərinin fərdi və digər məxfi məlumatlarının toplanılması və işlənilməsi qaydasını tənzimləyir. Bu siyasət internet şəbəkəsində saytda https://taximaxim.az/driver və ya https://taximaxim.com/driver ünvanında yerləşdirilən lisenziya müqaviləsinin tərkib hissəsidir və onunla eyni vaxtda qüvvədədir.



Ümumi müddəalar

1. Bu sənəd çərçivəsində aşağıdakı terminlərdən istifadə olunur:

1.1. Fərdi məlumatlar – insanı birbaşa və ya dolayısı ilə eyniləşdirməyə imkan verən istənilən məlumat.

1.2. Mobil tətbiq – Sifarişçinin iOS, Android, “Windows Phone” əməliyyat sistemləri ilə işləyən cihazına quraşdırılan, İstifadəçilərin məlumat bazasına girişini avtomatlaşdırmağın imkan verən, elektron hesablama maşınları üçün proqram ”Taxsee Driver”.

1.3. Sayt - İnternetdə saytları eyniləşdirməyə imkan verən domen adları və (və ya) şəbəkə ünvanları vasitəsilə giriş təmin edilən elektron hesablama maşınları üçün proqramlar və informasiya sistemində olan digər məlumatlar. Hüquq sahibinin saytının internet şəbəkəsində ünvanı: https://taximaxim.az/driver və ya https://taximaxim.com/driver.

1.4. Hüquq sahibi – saytdan istifadə etmək, habelə mobil tətbiqdən istifadə etmək və yaymaq hüququna malik olan və İstifadəçilərin fərdi məlumatlarını işləyən şəxs.

1.5. İstifadəçi - mobil tətbiqdən sadə (qeyri-eksklüziv) lisenziya şərtləri əsasında istifadə edən və Hüquq sahibinə fərdi məlumatlarını təqdim edən şəxs.

1.6. Sifarişçi – Hüquq sahibini ona sərnişinlərin daşınması, malların (yüklərin) çatdırılması, yükləmə-boşaltma əməliyyatlarının aparılması (bundan sonra – nəqliyyat xidmətləri) xidmətlərinin göstərilməsi üçün mövcud ehtiyac barədə məlumat verən şəxs.

1.7. Fərdi məlumatların işlənməsi – fərdi məlumatlarla əməliyyatlar (qeydə alınması, sistemləşdirilməsi, dəqiqləşdirilməsi, dəyişdirilməsi, silinməsi, şəxsiyyətsizləşdirilməsi, saxlanması, ötürülməsi, məhv edilməsi).

1.8. Fərdi məlumatların avtomatlaşdırılmış şəkildə işlənməsi – hesablama texnologiyasının köməyi ilə fərdi məlumatların işlənməsi.

1.9. Fərdi məlumatların təqdim edilməsi – fərdi məlumatların sorğu əsasında AR qanunvericiliyinə uyğun olaraq maddi daşıyıcı və ya informasiya texnologiyaları vasitəsilə istifadəçilərə təqdim edilməsi.

1.10. Fərdi məlumatların bloklaşdırılması – fərdi məlumatların işlənməsinin müvəqqəti olaraq dayandırılması (işlənmənin fərdi məlumatların dəqiqləşdirilməsi üçün lazım olduğu hallar istisna olmaqla).

1.11. Fərdi məlumatların məhv edilməsi - informasiya sistemində fərdi məlumatların sonradan onların məzmununun bərpasını qeyri-mümkün etməklə silinməsi və ya fərdi məlumatların yazıldığı maddi daşıyıcıların məhv edilməsi.

1.12. Fərdi məlumatların informasiya sistemi – fərdi məlumatların qanunvericiliyə uyğun olaraq toplanmasını, işlənməsini və mühafizəsini təmin edən informasiya sistemi.

1.13. Kuki faylları — sayt tərəfindən göndərilən və İstifadəçinin sayta daxil olduğu kompüterdə, mobil telefonda və ya digər cihazda saxlanılan, İstifadəçinin saytdakı hərəkətləri haqqında məlumatları saxlamaq üçün istifadə edilən məlumat parçaları.

1.14. Cihazın identifikatoru — İstifadəçinin Mobil tətbiqini quraşdırdığı cihazı eyniləşdirmək imkanını verən, cihazın özü tərəfindən təqdim edilən və ya Mobil tətbiq ilə hesablanan unikal məlumatlar.

2. İstifadəçi tərəfindən öz cihazına mobil tətbiqetmənin quraşdırılması və ya mobil tətiqdən hər hansı başqa şəkildə istifadə edilməsi, habelə saytdan istifadə edilməsi Sifarişçinin bu siyasətin şərtləri ilə, o cümlədən Hüquq sahibi tərəfindən öz fərdi məlumatlarının işlənilməsinə, qüvvədə olan qanunvericiliyin müddəaları ilə bu cür razılıq tələb olunduqda, razı olması deməkdir.



3. Fərdi məlumatlar

3.1. Fərdi məlumatların işlənməsi zamanı İstifadəçinin aşağıdakı hüquqları var:

  1. informasiya sistemində özü haqqında fərdi məlumatların mövcudluğu barəsində və operator barəsində məlumat almaq;

  2. informasiya sistemində özü haqqında fərdi məlumatların toplanması, işlənməsi və ötürülməsi üçün hüquqi əsaslandırma tələb etmək, bu məlumatların toplanması, işlənməsi və üçüncü şəxslərə ötürülməsinin hüquqi nəticələri haqqında məlumat əldə etmək;

  3. informasiya sistemində onun haqqında toplanmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;

  4. informasiya sistemində onun haqqında fərdi məlumatların toplanmasının və işlənməsinin məqsədini, işlənmə şərtlərini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslər haqqında məlumat bilmək;

  5. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onun haqqında informasiya sistemində toplanmış və işlənmiş fərdi məlumatların dəqiqləşdirilməsini və məhvini tələb etmək;

  6. fərdi məlumatların toplanmasının və işlənməsinin qadağan edilməsini tələb etmək;

  7. informasiya sistemində onun haqqında toplanmış və işlənmiş fərdi məlumatların mənbələri haqqında məlumat almaq, belə məlumatların qanuniliyinin təsdiqini tələb etmək;

  8. informasiya sistemində toplanmış və işlənmiş fərdi məlumatların mühafizəsini tələb etmək;

  9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqlarını həyata keçirmək.

3.2. İstifadəçi Xidmətin onun fərdi məlumatlarını mövcud qanunvericiliyin tələblərini pozaraq işlədiyini və ya onun hüquq və azadlıqlarını başqa yolla pozduğunu güman etdikdə fərdi məlumatların subyektlərinin hüquqlarının müdafiəsi üzrə səlahiyyətli orqana və ya məhkəməyə Xidmətin hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət etmək.

3.3. Məhkəmə qaydasında dəymiş ziyanın qarşılanması və (və ya) mənəvi zərərin kompensasiyası daxil olmaqla öz hüquqlarını və qanuni mənafelərini qorumaq.

4. Fərdi məlumatların işlənməsi.

Fərdi məlumatları işləyən zaman Hüquq sahibinin öhdəlikləri:

4.1 İstifadəçiyə sorğusu əsasında aşağıdakı məlumatları təqdim etmək:

4.1.1. Hüquq sahibini eyniləşdirən məlumatı;

4.1.2. fərdi məlumatların işlənməsinin məqsədini və bu məqsədin hüquqi əsasını;

4.1.3. informasiya sistemində toplanmış və işlənmiş fərdi məlumatların mühafizə səviyyəsini;

4.1.4. fərdi məlumatların güman edilən istifadəçilərini;

4.1.5. subyektin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları haqqında məlumatları;

4.2. Fərdi məlumatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mühafizəsinin təmin edilməsi üçün texniki və təşkilati tədbirləri (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınması) həyata keçirmək.

5. İstifadəçinin fərdi məlumatlarının toplanması və işlənməsinin məqsədi İstifadəçi ilə Hüquq sahibi arasında müqavilə (lisenziya müqaviləsi) bağlamaqdır. Fərdi məlumatların toplanması və işlənməsi zamanı Hüquq sahibi lisenziya müqaviləsinin icrası məqsədləri istisna olmaqla, başqa məqsədlər güdmür.

6. İstifadəçinin fərdi məlumatları elektron daşıyıcılarda saxlanılır və fərdi məlumatların avtomatlaşdırılmış işlənilmə sistemlərindən istifadə olunmaqla işlənilir.

7. Xidmət İstifadəçinin aşağıdakı fərdi məlumatlarını toplayır və işləyir:

7.1. Soyadı, adı, atasının adı;

7.2. Doğum tarixi;

7.3. Abunə telefon nömrəsi;

7.4. Fotoşəkli;

7.5. Nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi;

7.6. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.

7.7. İstifadəçinin fərdi məlumatları mobil tətbiqdə qeydiyyatdan keçdiyi andan 24 saat ərzində Hüquq sahibi tərəfindən məhv edilir. İstifadəçi qeydiyyata alındıqdan sonra onun təqdim etdiyi fərdi məlumatlar saxlanılmır və gələcəkdə istifadə olunmur, Hüquq Sahibi İstifadəçinin şəxsi məlumatlarını saxlamır, işləmir və istifadə etmir. O, İstifadəçinin fərdi məlumatlarının işlənməsi üzrə operator deyil.

8. İstifadəçinin fərdi məlumatlarının məhvi onların sonradan bərpası imkanı olmadan həyata keçirilir.

9. Hüquq sahibi İstifadəçi haqqında fərdi məlumat olmayan və İstifadəçinin şəxsiyyətini müəyyən etməyə imkan verməyən aşağıdakı məlumatlardan istifadə edir və saxlayır:

9.1. Nəqliyyat vasitəsinin markası, modeli və rəngi;

9.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının rəqəmsal hissəsi;

9.3. Adı.

10. Yalnız Hüquq sahibinin əməkdaşları İstifadəçinin şəxsi məlumatlarına çıxış əldə edə bilərlər. Hüquq sahibi İstifadəçinin şəxsi məlumatlarını yaymır, həmçinin İstifadəçinin əvvəlcədən razılığını almadan onlara üçüncü şəxslərin çıxış hüququnu təmin etmir. Qüvvədə olan qanunvericiliyə əsasən fərdi məlumatların səlahiyyətli dövlət orqanlarının sorğularına əsasən fərdi məlumatların təqdim edilməsi halları, və Sifarişçinin Hüquq sahibinə avtomobilin salonunda əmlakının qalması ilə bağlı müraciəti istisnadır Sonuncu halda, Hüquq sahibi Müştəriyə yalnız İstifadəçinin əlaqə telefon nömrəsini təqdim edir.

11. Fərdi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq olduqda, qeyri-qanuni yolla əldə edildikdə və ya göstərilən işlənmə məqsədi üçün zəruri olmadığı halda İstifadəçi Xidmətdən fərdi məlumatlarının dəqiqləşdirilməsini (yenilənməsini), bloklanmasını və ya məhvini tələb etmək, Xidmətə müvafiq sorğunu və (və ya) tələbi alınması barədə bildiriş verməklə və ya onun Xidmətin olduğu yer üzrə şəxsən verilməsi ilə yazılı şəkildə sifarişli poçt göndərişi ilə fərdi məlumatların işlənməsinə razılığını geri götürmək hüququna malikdir. Göstərilən sorğuda/tələbdə İstifadəçinin və ya onun nümayəndəsinin şəxsiyyətini təsdiq edən əsas sənədin nömrəsi və seriyası, göstərilən sənədin verilmə tarixi və onu vermiş orqan, İstifadəçinin yaşayış yerinin ünvanı (yeni növ şəxsiyyət vəsiqələrində PİN kod (FIN kod), sənədin seriyası nömrəsi göstərilir) İstifadəçinin Hüquq sahibi ilə münasibətlərdə iştirakını təsdiq edən məlumatlar (müqavilə nömrəsi, müqavilənin bağlanma tarixi, şərti şifahi təyinat və (və ya) digər məlumatlar) və ya Operator tərəfindən fərdi məlumatların işlənməsi faktını başqa şəkildə təsdiq edən məlumatlar, İstifadəçinin fərdi məlumatlarının dəqiqləşdirilməsi, bloklanması və ya məhv edilməsi tələbi və ya fərdi məlumatların işlənməsinə razılığın geri götürülməsi barədə bildiriş, İstifadəçinin və ya onun nümayəndəsinin imzası olmalıdır. Azərbaycan Respublikasının qanunları ilə başqa müddət nəzərdə tutulmayıbsa, Hüquq sahibi ərizənin alındığı tarixdən yeddi iş günündən çox olmayan müddətdə əsaslandırılmış cavab verməlidir.


Geolokasiya məlumatları

12. Xidmət mobil tətbiq vasitəsi ilə İstifadəçinin olduğu yer barədə məlumatlar (geolokasiya məlumatları) əldə edir. Geolokasiya məlumatları Hüquq sahibinə yalnız mobil tətbiqdən istifadə olunan zaman ötürülür. İstifadəçi öz mülahizəsinə əsasən, mobil cihazının müvafiq parametrlərini dəyişdirərək geolokasiya məlumatlarının ötürülməsini qadağan edə bilər, lakin bu, mobil tətbiqdən istifadə edə bilməməsi ilə nəticələnə bilər.

13. Sifarişçiyə nəqliyyat xidmətləri göstərmək məqsədi ilə Hüquq sahibi Sifarişçiyə İstifadəçinin olduğu yer haqqında məlumat verə bilər.



Ödəniş məlumatları

14. Lisenziya haqqını nağdsız ödənişlə bank kartlarından istifadə etməklə ödəmək üçün İstifadəçi bank kartını öz ID-nömrəsinə bağlanılmasını həyata keçirə bilər. Bank kartının bağlanılması İstifadəçi tərəfindən müstəqil şəkildə, Mobil tətbiqdə aşağıdakı məlumatları göstərməklə həyata keçirilir:

14.1. Bank kartının nömrəsi;

14.2. Bank kartının istifadə müddəti;

14.3. Bank kartının sahibinin adı və soyadı;

14.4. Bank kartının qoruyucu kodu.

15. Bank kartlarından istifadə etməklə nağdsız ödəniş beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olaraq ödənişin məxfi və təhlükəsiz həyata keçirilməsi prinsiplərinə riayət olunmaqla həyata keçirilir. İstifadəçi tərəfindən təqdim olunan məlumatların təhlükəsizliyi prosedurların ödəniş kartları sənayesi məlumatlarının təhlükəsizlik standartlarının (Payment Card Industry Data Security Standard) tələblərinə uyğunluğu ilə təmin edilir və Hüquq sahibi daxil olmaqla, heç kim onları ala bilməz. Bank kartının məlumatlarının daxil edilməsi ödənişlərin nağdsız həyata keçirilməsi imkanını təmin edən bank-ekvayerin qorunan ödəniş səhifəsində həyata keçirilir.

16. Şəxsi hesabdan vəsait çıxarmaq üçün İstifadəçi Hüquq Sahibinə kredit təşkilatında açılmış hesab haqqında məlumatları və pul köçürməsi üçün lazım olan digər məlumatları, o cümlədən İstifadəçinin şəxsi məlumatlarını təqdim edir:

16.1. Kredit təşkilatının bank identifikasiya kodu;

16.2. Alanın kredit təşkilatında hesab nömrəsi;

16.3. Alanın soyadı, adı, atasının adı;

16.4. Debet və ya kredit (bank) kartının nömrəsi.

17. İstifadəçinin fərdi hesabdan vəsait çıxarmaq üçün təqdim etdiyi məlumatlar Hüquq Sahibinə İstifadəçinin bank hesabına vəsaitin köçürülməsi istisna olmaqla, hər hansı əməliyyatlar həyata keçirməyə imkan vermir.



Kuki faylları

18. Hüquq sahibi tərəfindən aşağıdakı kuki fayl tipləri istifadə olun bilər:

18.1. Ciddi zəruri kukilər. Saytda yer dəyişmə və tələb edilən xidmətlərdən istifadə etmək üçün lazımdır. Bu tip kuki faylları İstifadəçi qeydiyyatdan keçərkən və sistemə daxil olarkən tədbiq olunur. Onlarsız İstifadəçi tərəfindən tələb edilən xidmətlərdən istifadə etmək mümkün deyil. Bu kuki faylları əsas sayılır və həm daimi, həm də müvəqqəti ola bilərlər. Bu kuki faylları olmadan sayt lazımi qaydada işləmir.

18.2. İstismar kukiləri. Onlar saytdan istifadə barədə statistik məlumat toplayır. Bu fayllar İstifadəçinin şəxsi məlumatlarını almır. Bu kuki faylları ilə yığılmış bütün məlumatlar statistik xarakter daşıyır və anonimdir. Bu kukilərin istifadə məqsədləri:

18.2.1. Saytdan istifadə statistikasının əldə edilməsi;

18.2.2. Reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi.

Bu kuki faylları daimi və müvəqqəti olur, həm əsas, həm də kənar kukilərə aid ola bilər.

18.3. Funksional kukilər. İstifadəçi tərəfindən təqdim olunan məlumatları (istifadəçi adı, dili və ya olduğu yer kimi) yadda saxlamaq üçün istifadə olunur. Bu fayllar şəxssizləşdirilmiş məlumatlardan istifadə edir və İstifadəçinin digər saytlarda fəaliyyətini izləmir. Bu kukilərin istifadə məqsədləri:

18.3.1. İstifadəçiyə əvvəllər hər hansısa bir xidmətin göstərilib-göstərilməməsi barədə məlumatı yadda saxlamaq;

18.3.2. İstifadəçinin üstünlük verdiyi seçimləri yadda saxlamaqla bütövlükdə saytla qarşılıqlı əlaqənin keyfiyyətinin yaxşılaşdırılması.

Bu kuki faylları daimi və müvəqqəti olur, həm əsas, həm də kənar kukilərə aid ola bilər.

18.4. Reklam kukiləri. Bu kuki fayl növü reklamın baxılma sayını məhdudlaşdırmaq, reklam kampaniyalarının effektivliyini ölçmək və saytda olan reklam materiallarının idarə edilməsi üçün istifadə olunur. Reklam kuki faylları üçüncü tərəflər, məsələn reklam verənlər və onların agentləri tərəfindən yerləşdirilir. Bu fayllar üçüncü tərəflər tərəfindən təqdim edilən Saytdakı reklamlarla əlaqəlidirlər. Onlar həm daimi, həm də müvəqqəti ola bilərlər.

19. İstifadəçinin istifadə etdiyi brauzerin parametrlərində kukiləri bloklamaq və ya silmək, həmçinin onların təsirini məhdudlaşdırmaq olar.



Mobil rabitə operatoru haqqında məlumatlar

20. Hüquq sahibi mobil tətbiq vasitəsi ilə, İstifadəçiyə hərəkətli telefon rabitəsi (mobil rabitə) xidmətlərini göstərən operator barəsində məlumatlar əldə edir.

21. Mobil rabitə operatoru haqqında toplanılan məlumatlar İstifadəçinin fərdi məlumatlarını ehtiva etmir.

22. Mobil rabitə operatoru haqqında məlumatların toplanılmasının məqsədi mobil tətbiqin ayarlarında İstifadəçinin olduğu ölkə və mobil tətbiqin interfeysinin dili haqqında məlumatların avtomatik quraşdırılmasıdır.



Sifariş tarixçəsi

23. Hüquq sahibi İstifadəçi tərəfindən icra edilən sifarişlərin tarixçəsini, yəni sifarişin yerinə yetirilməsinin başlama vaxtını, avtomobilin verilmə yerinin ünvanını, aralıq və son marşrut ünvanlarını, tətbiq edilən tarifi, ödəniş üsulunu və Sifarişçi tərəfindən göstərilən digər məlumatları yadda saxlayır.

24. Sifariş tarixçəsi barədə məlumatın toplanılmasının məqsədi əvvəlcə təqdim edilən məlumatlardan istifadə etməklə, sifariş parametrlərinin avtomatik doldurulması yolu ilə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasıdır.