“İndi çıxıram”. “Maxim” xidməti mobil tətbiqdə yeni funksiyanı əlavə edib

“İndi çıxıram”. “Maxim” xidməti mobil tətbiqdə yeni funksiyanı əlavə edib

13 Апрел 2023

İndi sərnişinlər artıq çıxdıqları barədə məlumatı sürücülərə cəmi bir toxunuşla bildirə bilərlər. Yeni “İndi çıxıram” düyməsi “Maxim” mobil tətbiqində sifariş ekranına əlavə edilib.

Bəzən olur ki, sərnişin avtomobili sifariş edib, amma yaxınlaşana qədər pulsuz gözləmə vaxtı bitir. Bu barədə zənglə və ya mesajla məlumat vermək hər zaman rahat olmur.

Bu halda sərnişinin gəlməyəcəyinə əmin olan və yaxud sərnişini nə qədər gözləməli olacaqlarını bilməyən sürücülər bəzən sifarişi ləğv edirlər. Yeniliyin sayəsində sürücü sərnişinin artıq çıxıb gəldiyi barədə bildirişi sifarişlərin yerinə yetirilməsi üçün Taxsee Driver mobil tətbiqində alır.

Yeni funksiya istifadəçilər arasında çox yaxşı qarşılandı. Xidmətin mütəxəssislərinin araşdırmalarına əsasən, bu funksiyanın işə salındığı ilk günlərdə sərnişinlər yerinə yetirilmiş sifarişlərin ümumi sayının 10%-də “İndi çıxıram” düyməsindən istifadə ediblər.

Xidmət mobil tətbiqə yeni opsiyaları əlavə edir, istifadəçilərin tələbatlarına uyğun olaraq inkişaf edir, onların qarşılıqlı əlaqəsini yaxşılaşdırır, insanlara məqsədlərinə doğru irəliləməyə kömək edir!