Azərbaycan sakinləri taksi sifarişi tətbiqlərini yüksək qiymətləndirirlər

Azərbaycan sakinləri taksi sifarişi tətbiqlərini yüksək qiymətləndirirlər

“Maxim” taksi sifarişi xidməti 2024-cü ilin noyabr ayından 2025-ci ilin noyabr ayınadək platformanın daxili təhlilini aparıb. Təhlil zamanı neçə istifadəçinin səfərin yüksək səviyyədə keçdiyini qeyd etməsi və tətbiqin interfeysinə “bəyənmə” qoyması nəzərə alınıb.

Yuxarıda qeyd olunan müddət ərzində on minlərlə insan rəy bildirib. Əldə olunan məlumata görə, istifadəçilər səfərləri daha çox müsbət qiymətləndirirlər: Bakıda sərnişinlərin 96%-dən çoxu, Gəncədə 97% və Sumqayıtda, demək olar ki, 98% xidmətdən istifadədən razı qaldığını bildirir.

İstifadəçilərin tətbiqdə müsbət rəyi sifarişi keyfiyyətli şəkildə yerinə yetirən konkret sürücünün reytinqinin artması deməkdir. Reytinq nə qədər yuxarıdırsa, sürücü bir o qədər çox sifariş ala bilər.

İstifadəçilər şərhlər vasitəsilə daha ətraflı rəy bildirirlər: belə ki, onlar sürücünün uyğunsuz davranışı və əlverişsiz maşın barədə məlumat verə bilərlər. Dəstək şöbəsinin əməkdaşları hər bir sorğu ilə bağlı araşdırma aparır və məsələnin çözülməsi üçün sürücülərlə əlaqə saxlayırlar. Beləliklə, istifadəçilər xidmət keyfiyyətini yaxşılaşdırmaqda daim yardımçı olurlar.

Mövcud göstəricilər xidmətin sabit keyfiyyətini, xüsusi təlim keçmiş sürücülərin peşəkarlığını, maşının əla texniki vəziyyətini əks etdirir. İstifadəçilərin verdikləri yüksək qiymətləndirmə daşıma illə bağlı qanunun gerçəkləşməsindən iki il sonra da şirkətin bazarda öz mövqeyini qoruyub-saxladığını, xidməti inkişaf etdirdiyini və səfərlərin rahatlığını, üstəlik təhlükəsizliyini yüksəltmək üçün əlavə vasitələr tətbiq etdiyini təsdiqləyir.

“Maxim” taksi sifarişi xidməti Azərbaycanda 2017-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin xidmətindən Bakı, Zaqatala, Sumqayıt, Qəbələ, Gədəbəy, Şəmkir, Gəncə, Mingəçevir şəhərlərində faydalanmaq olar. Xidmət ölkədə fəaliyyətə start verdiyi vaxtdan bəri onun səfər sifarişi üçün tətbiqini 1,2 milyondan çox istifadəçi yükləyib. Sürücülər üçün ayrıca TaxSee Driver tətbiqi nəzərdə tutulub.

Səfər sifarişi üçün tətbiqlər Azərbaycanın nəqliyyat sahəsinə əhəmiyyətli dərəcədə təsir göstərib. Son 10 ildə səfər xidmətləri daha geniş auditoriya üçün əlçatan olub, sürücülər və kuryerlərsə yeni gəlir imkanları qazanıblar. Xəritədə səfərin izlənməsindən və dinamik şəkildə qiymət qoyulmasından tutmuş istifadəçi rəylərinə qədər bütün proseslərin rəqəmsallaşdırılması şəhər mobilliyini daha yaxşı və təhlükəsiz hala gətirib.

Муфид

Сарлавҳа