Azərbaycanda taksiyə olan tələbat: avtomobillərin ən çox sifariş olunduğu gün və saatlar

Azərbaycanda taksiyə olan tələbat: avtomobillərin ən çox sifariş olunduğu gün və saatlar

24 Ocak 2019

“Maxim” xidmətinin mütəxəssisləri 2018-ci ildə sifarişlərin sayının müxtəlif vaxtlarda necə dəyişdiyini təhlil etdilər.

Xidmətin Azərbaycan şəhərləri üzrə statistikası göstərir ki, insanların səfərlərə olan tələbat həftənin günündən və vaxtdan asılıdır. Belə, Azərbaycan sakinləri keçən il taksi xidmətlərindən daha çox həftənin ikinci yarısında istifadə edirdilər. Bazar ertəsindən cümə axşamınadək olan ara günlərinə səfərlərin təxminən eyni payı düşürdü: həftə ərzində ümumi sayın 13%. Cümə günü, çoxları iş günündən sonra istirahətə gedəndə, şənbə və bazar günləri sifarişlərin 14%-dən çox hissəsi daxil olurdu.

Gün ərzində taksiyə olan tələbat həmçinin dəyişirdi. Ara günləri sifarişlər ən çox axşam saat 18 və 19-da daxil olurdu: gün ərzində ümumi saydan 6,6%. Gün ərzində insanların taksiyə olan tələbatı səhər saat 10-dan sonra artırdı, axşam isə aktivlik yalnıız gecə saat birdən sonra azalırdı. Ən az sifarişlər səhər saat 3-dən 7-dək olub: həmin vaxt gün ərzində taksi ilə səfər edənlərin sayının 1%-dən biraz çox müştəri taksi sifariş edib.

Tamamilə başqa dinamika istirahət günləri müşahidə olunur. Səhər vaxtı olan pik saat adətən müşahidə olunmurdu, istifadəçilərin aktivliyi səhər saat 11-dən etibarən artmağa başlayırdı. Axşam vaxtı olan pik saat dəyişmədi: sifarişlərin maksimal 7% payı saat 18-də daxil olurdu. Gecə vaxtı sifarişlərin payı 1%-dək yalnız gecə saat 3-dən sonra azalırdı: bəllidir ki, insanlar evə ara günləri qayıtdıqlarından gec qayıdırdı.

Statistika Azərbaycanın 4 şəhərindən əldə olunan məlumatlara əsaslanıb: Bakıdan, Gəncədən, Mingəçevirdən və Sumqayıtdan. O, taksidə səfərləri planlaşdıranlar üçün faydalı ola bilər. Ən az tələbat olan saatlarda qənaət etmək və daha tez getmək imkanı var.