“Maxim" taksi sifarişi xidməti Azərbaycanda işləyir

“Maxim" taksi sifarişi xidməti Azərbaycanda işləyir

5 грудня 2017 р.

Şirkətin iş coğrafiyasında ilk şəhər Bakı oldu. Paytaxtın sakinləri azərbaycan dilinə tərcümə olunmuş “Maxim: taksi sifarişi”, telefonla və ya taximaxim.az satında onlayn şəkildə taksini sifariş etməyə imkan verən müasir xidmət əldə etdilər.

Mobil servislər Azərbaycanda get-gedə daha da populyarlaşırlar. “Maxim: taksi sifarişi” mobil əlavəsi rəqiblərlə müqayisədə əlverişlidir və başadüşülən interfeys və rahat funksiyaları ilə seçilir. Sifarişin yaradılması bir neçə saniyə tutur. Səfərin qiyməti öncədən hesablanır, avtomobilin gəlmə vaxtı isə onlayn-rejimdə əks olunur. Mobil əlavədə siz sifarişin xəritədəki marşrutunu və sürücünün olduğu yeri baxa bilərsiniz, səfərin treki ilə paylaşa, tarixçədəki səfərləri bir toxunuşla təkrarlaya, sürücü ilə çatda söhbət edə bilərsiniz. Sərnişinlər şirkətin işinə səfərlərin qiymətləndirilməsi və əks əlaqə vasitəsi ilə müstəqil olaraq təsir göstərirlər.

*2111 nömrəsində sifarişləri peşəkar operatorlar qəbul edir. Bu vasitə insanla sifarişin detallarını dəqiqləşdirmək və ya suallar vermək üçün danışmaq lazım olanda rahatdır.

Xidmətlə əməkdaşlıq edən sürücülər Taxsee Driver mobil əlavəsi ilə işləyirlər. O, sifarişləri şəhərin rayonları üzrə göstərir və onlardan ən yaxın olanları yerinə yetirməyə imkan verir. Rahat mobil əlavəni xidmətin doqquz ölkədə yerləşən tərəfdaşları istifadə edir.

Azərbaycan “Maxim”in fəaliyyət göstərdiyi doqquzuncu ölkə oldu. Bakıdakı iş təcrübəsi azərbaycan bazarının tələbatını daha yaxşı başa düşməyə və xidməti optimal şəkildə nizamlamağa imkan verəcək. Tezliklə ölkənin digər şəhərlərində də işə başlamaq planlaşdırılır.