Azərbaycanda taksi sifariş etmək üçün ən populyar mobil platforma müəyyən edildi

Azərbaycanda taksi sifariş etmək üçün ən populyar mobil platforma müəyyən edildi

15 iyun 2018

“Maxim” xidmətinin mütəxəssisləri hansı əməliyyat sistemlərinin istifadəçiləri şirkətin mobil əlavəsini daha çox quraşdırdığını və daha fəal sifariş etdiklərini hesabladırlar.

Birinci yerdə Android platforması qərarlaşıb — o, “Maxim” mobil əlavəsinin quraşdırmalarının ümumi sayının təxminən 67% yüklənmələrini təşkil edir. Ondan sonra iOS üçün olan versiya gəlir — onu istifadəçilərin 33% quraşdırıb. Ən az quraşdırmalar sayı olan əməliyyat sistemi Windows Phone cəmi 0,1% göstəricisinə malikdir.

Fərqli plarformalardan daxil olan sifarişlərin sayı yükləmələrin sayına mütənasibdir. Google-un əməliyyat sisteminin istifadəçilərinin payına “Maxim” mobil əlavəsi vasitəsi ilə edilən bütün sifarişlərin 60% düşür. iOS üzərində işləyən cihazlardan 1,5 dəfə az sifariş daxil olur — 39%.

Android-in Azərbaycanda olan populyarlığı ümumi tendesiyaya uyğun gəlir: bu platforma dünyada ən geniş yayılan platformadır. Lakin iOS-un payı qonşu ölkələrdən fərqlənir. Məsələn, Gürcüstanda “Maxim” mobil əlavəsinin iOS üzərində olan versiyasını istifadəçilərinin 38% yükləyib, Rusiyada isə — 32%. Əməliyyat sisteminin yayılmasına cürbəcür amillər təsir göstərir: Apple cihazlarının əlverişliliyi, yaşayış səviyyəsi, mentalitet.

Qeyd etmək lazımdır ki, platformadan asılı olmayaraq, Azərbaycanda mobil xidmətlərin populyarlığı hər il artmaqdadır. “Maxim” mobil əlavəsi işə salındığı andan onun quraşdırmalarının ümumi sayı hər il 1,5-2,5 dəfə artır. Həmçinin mobil əlavə vasitəsi ilə edilən sifarişlərin sayı da artır. Azərbaycanda bu yolla edilən sifarişlərin sayı, sayt və operatorlar vasitəsi ilə edilən sifarişləri nəzərə almaq şərtilə, artıq 21%-dən çoxdur. Texnologiyalar inkişaf etdikcə və yeni imkanlar yarandıqca insanlar xidməti tez və maksimum sadə yolla əldə etməyi daha çox istəməyə başlayırlar. Smartfondakı mobil əlavələr isə bunu bir-iki toxunuşla etməyə kömək edir.