“Maxim” taksi sifarişi xidməti Azərbaycanda uşaqlarla necə rahat getməyin yolları barədə danışıb

“Maxim” taksi sifarişi xidməti Azərbaycanda uşaqlarla necə rahat getməyin yolları barədə danışıb

May 30, 2024

“Maxim” taksi sifarişi xidməti Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə balaca sərnişinlərlə səfərləri analiz edib və uşaqlarla birgə taksidə necə rahat getməklə bağlı faydalı məsləhətlər toplayıb.

Xidmətin məlumatlarına əsasən, Azərbaycanda uşaqlarla səfərlər ən çox mart ayında baş verib. Ən az səfər isə yanvar ayında olub – bu iki ay arasında fərq üç dəfədən çoxdur. Böyüklər uşaqları özləri ilə əsasən şəxsi ünvanlara – doğmaların və yaxınların yanına ya da hər hansı bir iş dalınca gedərkən götürürlər. Sərnişinlər həmçinin bazara alış-verişə səfər zamanı uşağın gedəcəyini qeyd edirlər. Bundan əlavə, xidmətin məlumatlarına əsasən, səyahətə gedən valideynlər uşaqları Avtobus vağzalına və ya Heydər Əliyev adına Beynəlxalq Hava Limanına da aparırlar.

“Maxim” taksi xidməti səfərinizi rahat və təhlükəsiz edəcək bir neçə faydalı məsləhət toplayıb.

• Uşaqları avtomobillərdə daşımaq qaydalarına əməl edin

12 yaşından kiçik uşaqların uşaq kreslosu olmadan ön oturacaqda oturması qanunla qadağandır. Uşaq arxa oturacaqda təhlükəsiz kəməri ilə bağlanmalıdır. Əgər siz uşağı ön oturacaqda daşımağı planlaşdırırsınızsa, sifarişə gələn avtomobildə kreslonun olmasının əvvəlcədən qayğısına qalın. Bunun üçün sifarişə istəklərdə uşağın gedəcəyini qeyd edin.

• Taksini öncədən sifariş edin

Balaca uşaqla avtomobil gözləmək o qədər da rahat deyil, körpələr tez yorulur və şıltaqlıq etməyə başlayırlar. Taksini sizə lazım olan vaxtda sifariş etsəniz və maşın siz evdən çıxarkən gəlsə yaxşı olar. Tətbiqdə avtomobilə ehtiyac duyduğunuz vaxtı qeyd edə bilərsiniz.

• Uşağın ehtiyaclarını nəzərə alın

Avtomobildə özünü narahat aparan uşaqlar var. Onlardan bəzilərinin yolda ürəyi bulanır, bəziləri gediş zamanı tez darıxmağa başlayır, bəzilərini isə səfər qıcıqlandırır. Özünüzlə uşağın sevimli oyuncağını götürün və ya onun başını nə ilə qatacağınızı öncədən düşünün. Əgər səfər zamanı uşağın ürəyi bulanırsa, özünüzlə əvvəlcədən paket götürün. Bu cür hazırlıq səfəri təkcə sizin üçün deyil, uşaq üçün də xoş edəcək.

“Maxim” xidmətində uşaqlarla səfər adi tarifdən baha deyil. Bu qaydalara riayət etmək uşaqlarınızın təhlükəsizliyinə böyük töhfə verəcək.