“Maxim” taksi xidməti Bakıda pik saatlarda tez getməyin yolları barədə danışıb

“Maxim” taksi xidməti Bakıda pik saatlarda tez getməyin yolları barədə danışıb

April 25, 2024

Azərbaycan paytaxtının sakinləri qeyd edirlər ki, bəzən müəyyən saatlarda maşın tapmaq çətin olur. Tələbat çox olduğundan avtomobili gözləmə saatı uzana, gediş haqqı isə bahalaşa bilər. “Maxim” xidmətinin mütəxəssisləri pik saatlardan necə yaxa qurtarmağın və həm tez, həm də sərfəli getməyin yolları ilə bağlı bir neçə tövsiyə hazırlayıblar.

Əvvəlcə bunun necə işlədiyini anlayaq. Yüksək yüklənmə zamanı xidmətlər səfərlərin əmsallarını artırır. Bu, sərbəst sürücüləri sifariş götürməyə və yüksək tələbat olan yerlərə getməyə həvəsləndirir. Məsələn, iş gününün sonunda əməkdaşları evə çatdırmaq üçün biznes-mərkəzlərə. Yüklənmə azalan kimi əmsal da aşağı düşür və bir müddət sonra yox olur. Səfərin qiyməti normallaşır. Beləliklə, taksiyə qənaət etmək və uzun-uzadı gözləməkdən qurtulmaq üçün səfəri tələbat pik həddinə çatmamış sifariş etmək lazımdır.

Bakıda səhərin pik saatları, adətən, 7:30-da start verir və 9:00-da bitir, bu zaman kəsiyində bakılıların iş günü başlayır. Adamlar işə gedir, uşaqları bağçaya və məktəbə aparırlar. Onlar getdikləri yerə tez çatmaq üçün taksi sifariş edirlər, elə bu səbəbdən də tələbat artır. Odur ki, ən yaxşısı, taksini tələbat artmamışdan 15-20 dəqiqə əvvəl sifariş etməkdir. Belə olan təqdirdə avtomobil bir neçə dəqiqəyə sifariş yerinə yaxınlaşacaq.

Axşam saatlarında da oxşar vəziyyətlə qarşılaşa bilərsiniz – 17.00-da sifarişlərin sayı artır və bu iki saat ərzində davam edir. Tələbatın artma səbəbi isə bakılıların həmin zaman kəsiyində evə qayıtmasıdır. Beləliklə, əgər sifarişi pik saatlar başlamazdan 20 dəqiqə əvvəl və ya saat 19:00-dan sonra versəniz, taksi tapmaqda çətinlik çəkməyəcəksiniz.

Şəhər sakinləri həftə sonları taksi xidmətindən günün müxtəlif saatlarında, demək olar ki, eyni şəkildə faydalanırlar. Yüksək tələbat vəziyyəti yaranmır, odur ki, avtomobili gözləmə müddəti və səfərin qiyməti eyni səviyyədə qalır. Təcili getmək istəyən istifadəçilər “Maxim” tətbiqindəki funksiyanın köməyi ilə müstəqil olaraq taksinin çatdırılmasını sürətləndirə bilərlər. Bunun üçün sadəcə sifarişin qiymətini artırmaq lazımdır: bu addım onu sürücülər üçün daha cəlbedici edəcək və deməli, ilk növbədə yerinə yetiriləcək.

Bu məsləhətlər sadəcə tövsiyə xarakteri daşıyır, pik saatlar şəraitdən asılı olaraq dəyişə bilər. Əgər günü səmərəli şəkildə planlaşdırsanız, şəhərin bir nöqtəsindən digərinə taksi ilə getmək yalnız rahat deyil, həm də sürətli olacaq.